Montpellier Universiteti ilə ikili diplom proqramı Fransada təhsil almaq istəyən tələbələr üçün unikal fürsət yaradır. Maliyyə, Mühasibat, İqtisadiyyat və Biznesin idarə olunması ixtisaslarını əhatə edən proqramda UNEC-in 1-ci kursunda oxuyan tələbələr müraciət edə bilər. Qəbul olunan tələbələr 3-cü kursu Montpellier Universitetində, 4-cü kursu isə UNEC-də tamamlayırlar.
Montpellier Universiteti ilə ikili diplom proqramı
İxtisaslar
- Maliyyə
- Mühasibat
- İqtisadiyyat
- Biznesin idarə olunması
Proqramın detalları
Tələb olunan sənədlər
- Akademik transkript
- Ərizə
Qəbul Şərtləri
- * I və II kurslardan 120 kredit (60+60) toplamaq; Müddət – 1 il Tədris dili – İnglis dili;
- Minimum orta bal (ÜÖMG) – 81 bal; Tədrisin başlanması – 2025-ci il, sentyabr. Tədrisin bitməsi – 2026-ci il, aprel.
- İngilis dili biliyi – B1; Təhsil haqqı – 2250 avro Qeydiyyat haqqı – yoxdu
Əsası XII əsrdən qoyulan Montpellier 1 və Montpellier 2 Universitetlərinin birləşməsi olan Montpellier Universiteti elm, texnika və tibb, hüquq və iqtisadiyyat üzrə beynəlxalq səviyyədə təhsil xidmətləri təqdim etməkdədir. Bu mənada Universitet Şanxay Akademik Reytinqi və QS reytinqində yer tutmaqdadır. Həcminə görə Montpellier Universiteti Fransada 6-cı yerdədir. Burada 41000 tələbə (16% əcnəbi tələbələr olmaqla) o cümlədən 1700 doktorant təhsil alır və 4500 elmi tədqiqatçı müxtəlif sahələr üzrə çalışır.